İran rəsmiləri arasında parçalanma: Sistemi dəyişmək çağırışı edildi

İran hakimiyyətindəki konservatorlar arasında ölkədəki etirazlara yanaşma ilə bağlı fikir ayrılıqları artır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “İran İnterneşnl” televiziyası yayıb.

Məlumata görə, xüsusilə son zamanlar bu istiqamətdə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf parlamağa başlayıb. Belə ki, Tehranda jurnalistlərə açıqlama verən spiker İranda idarəçilik sisteminin dəyişməsi üçün ali rəsmilər arasında konsensus tapmağa cəhd etdiyini bildirib. Bununla belə spiker ali rəsmilər – prezident, məhkəmə hakimiyyətinin rəhbəri və vitse-prezidentlə görüşünün əsas gündəminin etirazçıların siyasi tələblərindən çox, iqtisadi problemlər təşkil etdiyini deyib.

Qalibaf həmçinin ali dini xadimlərlə də görüşüb ki, burada da iştirak edənlərin hamısı Rəisinin iqtisadi siyasətini və hakimiyyətin qeyri-effektivliyini tənqid ediblər.

Bununla bərabər, İran hökumətinin keçmiş sözçüsü Əli Rabii də aktivləşməyə başlayıb. Rabii ölkədə reformlara çağırış edib və sonra çox gec olacağını bildirib.

O, yeni sosial siyasət təqdim etməyin küçə etirazlarının qarşısını almaq üçün doğru addım olacağını söyləyib.

Aqşin
Globalinfo.az