“İran deyir ki, Ermənistanın sərhədlərinin dəyişməsi onun “qırmızı xətti”dir, amma Tehran bunu Azərbaycana demir, Ermənistan hökumətini xəbərdar edir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib.
“İran indiki Ermənistan hökumətinə güvənmir, çünki bilir ki, onların “qırmızı xətti”ni istənilən an dəyişə bilər. Ona görə də xəbərdarlıq edirlər. Yəni Ermənistan üçün Zəngəzur dəhlizi “qırmızı xətt” ola bilər, amma növbəti mərhələdə bu dəyişəcək. İran tərəfi bizi başa salır ki, öz qərarınızı radikal şəkildə dəyişməyə cəhd etməməlisiniz.
Qarabağda baş verənlər və indi Ermənistanda yaşananlar İranın marağında deyil. İran Azərbaycanı təbrik edə, onun ərazi bütövlüyünü tanıya bilər, amma Tehranın analitik dairələri həmişə dəqiq tezis verirlər ki, onlar (Tehran) bu döyüşü uduzublar. Yəni İran Qarabağ cəbhəsində döyüşü uduzub və indi çalışırlar ki, Zəngəzur cəbhəsində uduzmasınlar”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az