İran Prezidentindən maraqlı bəyanat: “Məqsədimiz bu deyil”

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin fəaliyyətinin qarşısını kəsmək niyyətində deyil.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.

“Anlayın, niyyətimiz MAQATE-nin yoxlamasının qarşısını almaq olsaydı, biz bunu birbaşa ifadə edərdik”, – deyə o bildirib.