İran prezidenti sanksiyalara məruz qalan üç ölkəyə gedir

İran prezidenti İbrahim Rəisi bazar ertəsi Kuba və Nikaraqua da daxil olmaqla, ortaq rəqib olaraq ABŞ-ın sanksiyaları ilə üzləşən “dost ölkələr”ə səfərə başlayıb və ilk dayanacağı Venesuela olub.

Globalinfo.az amerikaninsesi.org-a istinadən xəbər verir ki, Raisini Karakasda xarici işlər naziri İvan Gil qarşılayıb və günün sonunda o, prezident Nikolas Maduro ilə görüşməli idi.

Raisi Tehranı tərk etməzdən əvvəl səfərinin “dost ölkələr” Venesuela, Nikaraqua və Kuba prezidentlərinin dəvəti əsasında baş tutduğunu və məqsədi “iqtisadi, siyasi və elmi əməkdaşlığın” yaxşılaşdırılması olduğunu deyib.

Bu dörd ölkə keçən il Ukraynaya təcavüzündən bəri beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş Rusiyanın müttəfiqidir.

“Son iki ildə bu ölkələrlə əməkdaşlığımız sənaye, kənd təsərrüfatı, elm, texnologiya və tibb sahələrində inkişaf edib” – deyə, Raisi İRNA xəbər agentliyinə bildirib.

İran və Venesuela Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan enerji böhranı ilə bağlı beynəlxalq müzakirələrin mərkəz olan OPEK neft kartelinin üzvləridir.

Müharibə Venesuelada siyasi və iqtisadi böhranını həll etmək üçün qlobal səylərin artmasına səbəb olub.

Keçən il ABŞ Maduro ilə görüşmək üçün Karakasa nümayəndələr göndərib və noyabrda onun hökuməti ilə müxalifət arasında danışıqların bərpasından sonra Vaşinqton ABŞ-ın enerji nəhəngi Chevron-a Venesuelada fəaliyyət göstərmək üçün altı aylıq lisenziya verib.

Bu Cənubi Amerika ölkəsi dünyanın ən böyük neft ehtiyatlarına malikdir.

Maduro 2022-ci ilin iyununda İrana səfər edərək, neft, neft-kimya və müdafiə sektorlarında əməkdaşlıq sahəsində “əsas cəbhələr” açmaq üçün 20 illik razılıq imzalayıb.

Tehranın dediyinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian fevral ayında Karakasa səfər edib və Maduro ilə “xarici təzyiqlərlə üzləşən milli maraqlarının müdafiəsi” məsələsini müzakirə edib.

2020-ci ildə İran neftayırma zavodlarını yenidən işə salmaq üçün Venesuelaya 1,5 milyon barel yanacaq göndərib. Bundan sonra Vaşinqton İranı sanksiyalardan yayınmaqda ittiham edib.

Kuba və Venesuelaya son dəfə 2016-cı ilin sentyabrında İranın keçmiş prezidenti Həsən Ruhani səfər edib. Mahmud Əhmədinejad isə 2007-ci ildə Nikaraquaya səfər edib.