İran prezidenti Rusiyada belə qarşılandı – VİDEO

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Rusiya federasiyasına rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, İran Prezidentinin təyyarəsi bir qədər əvvəl Moskvada hava limanında yerə enib.

İran Prezidenti səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Görüş zamanı liderlər arasında iqtisadi, ticarət, o cümlədən nəqliyyat və enerji sahələrində əməkdaşlığın müzakirə ediləcəyi bildirilib. Həmçinin qeyd olunub ki, regional və beynəxalq məsələlərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Əliyar Xəlil
Globalinfo.az