
Məhəmməd Bagir Qalibaf yenidən İran parlamentinin sədri seçilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
198 səs toplayan Qalibaf bir il müddətinə 12-ci parlamentin (İslam Şura Məclisi) sədri seçilib.
Onun rəqibləri Müctəba Zülnuri 60 və Mənuçöhr Mutaki isə 5 səs toplayıb.
Həmidrza Hacı Babayi və Əli Nikzad isə müvafiq olaraq İran parlamentinin birinci və ikinci vitse-prezidentləri seçiliblər.