dnz

İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə İran ordusu bəyanat yayıb.

Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.

Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.

Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.

İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.

Paylaş: