İran ordunu sərhədə yığdı: ABŞ Bakı ilə bağlı tarixi qərar ərəfəsində – Mühüm gəlişmə

ABŞ Dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində 907-ci düzəlişin dayandırılmasını və ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsini əsas gətirən dinləmələrdə bildirib ki, “Azərbaycanın İranla uzun bir sərhədi var və onu qorumaq lazımdır”.

Maraqlıdır, rəsmi Vaşinqton 907-ci düzəlişi dayandıracaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, 907-ci düzəlişin dayandırılmasının gündəmə gəlməsi İran-Azərbaycan gərginliyi ilə bağlıdır:

“ABŞ-ın üç əsas düşməni var: Rusiya, Çin və İran. Rusiya Ukrayna bataqlığında ilişib qalıb. Çin ilə isə iqtisadi rəqabət davam edir. Rəsmi Vaşinqton, görünür, İranla mübarizə fonunda Azərbaycanı irəli sürmək istəyir.

Bayden administrasiyasının sərgilədiyi aqressiv xarici siyasət hər kəsə bəllidir. Bu baxımdan bu siyasətin növbəti qurbanı olmamaq üçün diqqətli olmalıyıq.

O ki qaldı 907-ci düzəlişin dayandırılmasına, hesab edirəm, bu, mümkündür. Lakin bunun 27 illik keçmiş Qarabağ münaqişəsi zamanı deyil, məhz İranla gərginlik fonunda aktuallaşması narahatlıq yaradır. Yəni bu maddənin dayandırılması indiki məqamda bizim maraqlarımızla üst-üstə düşməyə bilər”.

Turan Rzayev
Globalinfo.az