İsrail ordusu Dəməşq hava limanının yaxınlığında yerləşən ərazilərə raket zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Əl Hadath” televiziyası yayıb.
Məlumata görə, raket zərbələri ümumilikdə dörd rayona endirilib.
Londonda yerləşən SOHR təşkilatı isə zərbənin iranyönlü qüvvələrin bazalarına endirildiyini bildirib. Hadisə nəticəsində ölənlərin olduğu vurğulanıb.
Gülnar Səlimova
Globalinfo.az