
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun sözlərinə görə, İran tərəfi ABŞ-a nüvə silahına sahib olmaq niyyətində olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Uitkoff bu barədə “Breitbart News” portalına müsahibəsində danışıb.
“Biz öz mövqeyimizi ortaya qoyduq: İranın atom bombası ola bilməz. Onlar isə cavab olaraq bildirdilər ki, belə bir istəkləri yoxdur”, – o deyib.
Qeyd edək ki, Tehranla Vaşinqton arasında nüvə məsələləri üzrə dolayı danışıqlar hazırda Oman vasitəçiliyi ilə davam etdirilir.
Aysel Əliyeva
Globalinfo.az