İran müdafiə nazirinin sabiq müavini edama məhkum edildi

İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri edama məhkum olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ə.Əkbərinin Britaniya kəşfiyyatına casusluqda ittiham olunduğu bildirilir.

 

İranın Kəşfiyyat Nazirliyinin yayımladığı məlumata görə, Ə.Əkbəri ölkənin həssas qurumlarında müxtəlif məlumatları əldə edərək bilərəkdən Britaniya kəşfiyyatına ötürüb. Ə.Əkbərinin nə zaman edam olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Ə.Əkbəri 2019-cu ildən həbsdədir.