İran “Krokus” teraktının olacağını bilirdi – Kremlə deyib, lakin…

“İran hələ “Krokus Siti Holl”da terror hücumu baş verməmişdən əvvəl Moskvanı Rusiya ərazisində terakt olacağı ilə bağlı xəbərdar edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuter” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran Moskvaya hücumun olacağına dair məlumat versə də, dəqiq yer və zaman açıqlanmayıb.

Mənbənin məlumatına görə, Tehran İran ərazisində ard-arda baş verən partlayışlarda şübhəli bilinərək saxlanılanların dindirilməsi zamanı Rusiyada planlaşdırılan hücumdan xəbər tutub. Saxlanılanlardan biri Moskvada terror aktı olacağını etiraf edib, lakin harada və nə zaman baş verəcəyini gizli saxlayıb. İran rəsmiləri “Krokus”dakı teraktdan bir neçə gün öncə məlumatı Kremlə ötürüblər.

Xatırladaq ki, martın 22-də Moskvada yerləşən “Krokus Siti Holl”a terror hücumu olub. Hadisə nəticəsində 150-dən çox insan həyatını itirib.

Ayşən Mustafa
Globalinfo.az