cyu

Azərbaycan və İordaniya İran məsələsinin yalnız diplomatik yolla həllinə tərəfdardırlar.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət, münaqişə və gərginliklər narahatlıq doğurur:

“Son vəziyyətin, xüsusilə İran ətrafındakı durumun daha sabit şəkildə davam etməsini və yalnız diplomatik yolla həllinə razılıq ifadə olundu. Hər iki ölkə bu kontekstdə lazımi addımlar atmağa hazırdır”.

Paylaş: