laricani 234 900x600 1

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə cavab olaraq Ben-Qurion hava limanında İsrail tanker təyyarəsini vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Səhər saatlarında Əli Laricani və general-mayor Qulamrza Süleymaninin qisası olaraq strateji yanacaq doldurma təyyarələrinin yerləşdiyi yerə PUA-larla zərbələr endirilib”, – deyə yazılıb.

Qeyd edək ki, martın 17-də Ə.Laricani İsrail Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalıb və öldürülüb. Onunla birlikdə oğlu Murtaza Laricani və mühafizə xidmətinin rəhbəri də həlak olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: