İran İraqın şimalındakı Ərbil əyalətində Tehrana qarşı fəaliyyət göstərən kürd silahlı qruplarının mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, İraq mediasının məlumatına görə, hücumlar Alana dərəsi ərazisində yerləşən düşərgələrə yönəlib.
Əsas hədəflərin “Komele” və “Kürdüstan Demokrat Partiyası”na məxsus mövqelər olduğu bildirilir. İlkin məlumatlara əsasən, zərbələr nəticəsində ölən və yaralanan olmayıb.
Bildirilib ki, fevralın 28-dən etibarən İraq Kürdüstanında raket və PUA hücumlarının sayı 855-ə çatıb. Onlardan 580-i Ərbil, 244-ü Süleymaniyyə, 29-u isə Duhok və Hələbçə bölgələrinin payına düşür.
Tahir Turan
Globalinfo.az