1750052396 1745393382 pezeskian

İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur.

Globalinfo.az bildirir ki, APA-nın İran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

    O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək!”

    İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

    Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

    Paylaş: