iran

İranın Kəşfiyyat Nazirliyi ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində ABŞ və İsrailin xüsusi xidmət orqanları ilə əlaqəli olduğu iddia edilən dörd silahlı qruplaşmanı zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, “Fars” agentliyinin nazirliyə istinadən yaydığı məlumata görə, əməliyyat zamanı qruplaşmaların 15 əsas üzvü saxlanılıb.

Bildirilir ki, əməliyyat əyalətin Zəhedan, Çabahar, İranşəhr, Xaş, Taftan, Nikşəhr və Qəsr-e Qənd şəhərlərində həyata keçirilib.

Rəsmi məlumata əsasən, qruplaşmalar ölkə ərazisinə diversiya və terror aktları törətmək məqsədilə daxil olublar.
Qeyd edək ki, qruplaşmaların ABŞ və İsraillə əlaqəli olması barədə iddia İranın Kəşfiyyat Nazirliyi tərəfindən irəli sürülüb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: