“İran İsraili bu raketlərlə vuracaq” – Siyahı

İranın dövlət informasiya agentliyi İSNA mənzili İsrail hədəflərini vurmağa imkan verən raketlərin siyahısını dərc edib.

Globalinfo.az xəbər verir  ki, agentliyin yaydığı infoqrafikada “Sajil”, “Xorramshahr 4”, “Emad, Shahab 3”, “Qədr”, “Xyber Shekan” və “Haj Qassem” ballistik raketləri, həmçinin “Pave” və “Fattah 2” qanadlı raketləri göstərilir.

İSNA-nın təqdim etdiyi texniki xüsusiyyətlərə əsasən bu raketlərin uçuş məsafəsi 1,4 min ilə 2,5 min km, sürəti isə 6120 km/saatdan 17136 km/saat arasında dəyişir.

Xatırladaq ki, aprelin 1-də İsrail Dəməşqdə İran konsulluğunun yerləşdiyi ərazini vurub. Nəticədə konsulluq binası tamamilə dağıdılıb. Hücum nəticəsində iranlı generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub.

Ayşən Mustafa
Globalinfo.az