7f13e5c4 4c25 31f7 9f58 907bf59b96dd 850

BMT Təhlükəsizlik Şurası İsrailin hərəkətlərinə qarşı səsini çıxarmadığı üçün İsrailə cavab verməkdən başqa yolumuz yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani bildirib.

O qeyd edib ki, TŞ tərəfindən tədbir görülmədiyi üçün İranın özünün qanuni müdafiə hüququndan istifadə etməkdən başqa variantı yoxdur.

Xatırladaq ki, iyulun 31-də Haniyənin ölümündən sonra İranın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən bəyanat qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.

Paylaş: