İran Xarici İşlər Nazirliyi Hörmüz boğazından keçidin ödənişli əsaslarla həyata keçiriləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, rəsmi Tehran bu addımın bölgədə artan təhlükəsizlik riskləri və dəniz marşrutlarının qorunması ilə əlaqədar atıldığını açıqlayıb.
Məlumata görə, yeni mexanizm xüsusilə beynəlxalq yük və enerji daşıyan gəmilərə şamil olunacaq. İran tərəfi hesab edir ki, boğazda təhlükəsizliyin təmin edilməsi üçün əlavə resurslar tələb olunur və bunun maliyyə yükü istifadəçi ölkələr və şirkətlər arasında bölüşdürülməlidir.
Qeyd olunub ki, Hörmüz boğazında son aylarda artan hərbi gərginlik, tanker insidentləri və qarşılıqlı təhdidlər regionu daha həssas vəziyyətə gətirib. Tehran isə bu marşrutun təhlükəsizliyinə nəzarətin ciddi xərc tələb etdiyini vurğulayır.
Tahir Turan
Globalinfo.az