İran hərbi nümayəndə heyəti Hərbi Qənimətlər Parkını ziyarət etdi – VİDEO

Sentyabrın 10-da İran hərbi nümayəndə heyəti Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Qənimətlər Parkına baş çəkərək Vətən müharibəsində Azərbaycanın düşməndən qənimət götürdüyü texnika ilə tanış olub.