dron 1 900x600 1

ABŞ Federal Təhqiqat Bürosu (FTB) İranın ABŞ ərazisinə mümkün dron hücumu planı ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, “ABC News”un FTB-yə istinadən yaydığı məlumata görə, İranın Kaliforniyaya gözlənilməz dron zərbəsi endirmək ehtimalı araşdırılır.

İddialara əsasən, mümkün hücum ABŞ sahilləri yaxınlığında yerləşən və kimliyi açıqlanmayan bir gəmidən həyata keçirilə bilər.

Məlumat ABŞ-İran münasibətlərində gərginliyin yüksək olduğu bir vaxtda təhlükəsizliklə bağlı yeni narahatlıqlara səbəb olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: