İran hədələdi: İsrail Qəzzaya hücumunu davam etdirsə…

“İsrailin Qəzza zolağına hücumları dərhal dayanmasa, zorakılıq Yaxın Şərqin başqa yerlərinə yayıla bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmr Abdullahian deyib.

İki diplomatik mənbə isə “Axios”a bildirib ki, İran Qəzza əməliyyatına müdaxilə edə bilər.

“İran HƏMAS və İsrail arasında müharibənin böyüməsini istəmir. Lakin İsrailin Qəzzada əməliyyatı davam edərsə, İran müdaxilə etmək məcburiyyətində qalacaq”, – deyə məlumatda bildirilib.