İran Beyruta humanitar yardımın çatdırılması üçün hava dəhlizi yaratmağa hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Livanın paytaxtına səfər edən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“İslam Respublikası Beyruta hava dəhlizi təşkil etməyə hazırdır. Bununla biz yardım göstərə biləcəyik. Təbii ki, proses Livan hökumətinin nəzarəti altında həyata keçiriləcək”, – deyə Qalibaf vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














