“İsmayıl Haniyənin ölümünə görə qisas alınması barədə yaxşı xəbərlər eşidəcəksiniz”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı general-mayor Hüseyn Salami deyib.
Salami bu barədə İraqla sərhəddə danışıb.
Qeyd edək ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. HƏMAS liderinin qətlindən sonra İran İsraili günahkar bilir və qisas alacağını deyir. 25 gündür qisas açıqlamaları gəlsə də, Tehran hələ də hərəkətə keçməyib.
Əliyar Xəlil
Globalinfo.az