İran ərazisinə hərbi müdaxilə etmək… – Səyyari

“Heç bir düşmən İran ərazisinə müdaxilə etmək gücündə deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İran ordularının koordinasiyası üzrə komandanın müavini Həbibulla Səyyari deyib.

O, İranın dünyaya müharibələr zamanı qabaqlayıcı gücü olduğunu göstərdiyini bildirib.

Səyyarinin sözlərinə görə, artıq İranın beynəlxalq arenada statusu yaxşılaşıb:

“Heç kim İrana müdaxilə etmək gücündə deyil. Bu gün biz artıq kifayət qədər silaha sahibik və onu ixrac etmək gücündəyik”.

Əliyar Xəlil

Globalinfo.az