İran dronu azyaşlıların həyatına son qoydu

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə dron zərbəsi nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper danışıb.

O bildirib ki, İran istehsalı “Şahid” dronu ilə vurulmuş çoxmərtəbəli binanın dağıntıları altından 10 yaşlı oğlan və onun 8 yaşlı bacısının meyitləri çıxarılıb.

Daha öncə xilasedicilər uşaqların valideynlərinin, habelə 7 aylıq bacılarının meyitini tapmışdılar.