İran dronlarını səmaya qaldırır

İran ordusu pilotsuz aviasiya vasitələrinin iştirakı ilə genişmiqyaslı təlimlər planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV yazıb.

Təlimlərdə quru qoşunları, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri iştirak edəcəklər.

Təlimlər İranın mərkəzində və cənub ərazilərində keçiriləcək.

Qeyd edək ki, İran son illər pilotsuz uçuş aparatları sahəsinə böyük maraq göstərir. Bu ölkənin istehsalı olan dronlar Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən geniş tətbiq olunur.

Əliyar Xəlil
Globalinfo.az