İran bu tarixdə 2 milyon insanı ölkədən çıxaracaq

“İran hakimiyyəti 2 milyon qeyri-qanuni immiqrantı ölkədən çıxaracaq”.

Globalinfo.az xəbər verir ki, bunu ölkənin hüquq-mühafizə qüvvələrinin komandanı, briqada generalı Əhməd-Rza Radan deyib.

O bildirib ki, proses 2025-ci ilin mart ayının sonuna qədər yekunlaşacaq.

“Polis digər dövlət qurumları ilə əməkdaşlıq edərək xeyli sayda qeyri-leqal miqrantın ölkədən çıxarılması üçün tədbirlər görməyi planlaşdırır. Qanunsuz yaşayan mühacirlərin sayı İran hakimiyyətinə məlumdur. İran təqvim ilinin sonuna qədər (martın 20-də başa çatır) digər ölkələrin qeyri-qanuni vətəndaşlarından iki milyonu ölkədən çıxarılacaq”, – deyə Əhməd-Rza Radan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az