
İran Avropa dövlətlərini münaqişəyə cəlb olunmamaq barədə xəbərdar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat yayıb.
O qeyd edib ki, belə bir addım müharibə aktı kimi dəyərləndiriləcək.
“İrana qarşı atılacaq istənilən bu cür addım təcavüzkar tərəflərlə əməkdaşlıq kimi qiymətləndiriləcək və bu, ölkəmizə qarşı müharibə elan olunması anlamına gələcək”, – deyə Bəqayi vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az