Pentaqonun rəhbəri Pit Heqset İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki əsas təchizat bazasını sıradan çıxardığı faktını gizlətməyə çalışır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “MS Nov” telekanalı məlumat yayıb.
İddialara edilir ki, İran Bəhreyndəki ABŞ-ın logistika mərkəzinə zərbələr endirib və ABŞ Silahlı Qüvvələrinin dəniz qüvvələrinin təchizatında məsul olan hərbi bazanın əhəmiyyətli hissəsini sıradan çıxarıb.
Telekanalın məlumatına görə, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində resursların tükənməsi problemi Heqsetin ölkənin hərbi gəmilərinin təchizatında yaranan fasilələr barədə məlumatı gizlətməsi səbəbindən ortaya çıxıb.