İran Bakıda gender bərabərliyi ilə bağlı sənədə etiraz etdi

İran Bakıda keçirilən MİNEPS konfransının yekun sənədində idmanda qadınların, LGBT üzvlərinin bərabər təmsilçiliyi, gender bərabərliyi ilə bağlı bəndə etiraz edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos MINEPS 2023 beynəlxalq konfransının yekununa dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yekun sənəd konsensusla qəbul olunub.

“Lakin digər ölkələr kimi İran da müəyyən bəndlərlə bağlı düzəliş təklif edib”, – o bildirib.

Xanım Ramos əlavə edib ki, İran bu sənədə qoşulub.