İran-Azərbaycan gərginliyinin gerçək səbəbi budur – Türk analitikdən inanılmaz…

“İran Azərbaycanın Qarabağdakı zəfərindən sonra regiondakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkir. Tehran Zəngəzur koridoru ilə yanaşı Şimal-Cənub ticarət xəttinin yaradılmasını özü üçün problem hesab edir”.

Globalinfo.az xəbər verir ki, bunu türk analitik Gülru Gəzər son zamanlarda Azərbaycan və İran arasında artan gərginliyin səbəblərindən danışarkən qeyd edib.

G.Gəzər Tehranın bu məsələdə bəzi güclərə arxalandığını söyləyib:

“Azərbaycan İranla münasibətlərində tarazlığın pozulmaması üçün Təl-Əvivdə səfirlik açmırdı. Hazırda Qarabağ mövzusunda sülh üçün əlverişli şərait var. Əgər Azərbaycan, Ermənistan, Türkiyə və İran Orta Dəhliz məsələsində əməkdaşlıq edərlərsə, çox fərqli mənzərə ortaya çıxacaq.

İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsi, Ermənistanda baş konsulluq açması və s. kimi addımları tamamilə provokasiya məqsədlidir. İran burada Rusiya və Çinə güvənir. Tehran məhz rəsmi Pekinin sayəsində Yaxın Şərq ölkələri ilə münasibətlərini düzəltməyə başladı”.

Ayşən Mustafa
Globalinfo.az