“Hərbi təcavüz davam etdiyi müddətcə Tehran cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi atəşkəs danışıqlarına münasibət bildirərkən deyib.
“Hazırkı şəraitdə düşmənə sarsıdıcı cavabdan danışmaq tamamilə uyğundur, nəinki əksi barədə söz açmaq”, – deyə o qeyd edib.
O, həmçinin ABŞ-ın İranın neft ehtiyatlarına çıxış əldə etmək istədiyini vurğulayıb.
Sözçü əlavə edib ki, Vaşinqtonun hərbi əməliyyata başlamasında məqsədi də məhz budur.
Əliyar Xəlil
Globalinfo.az