IRAN ABS danisiq 900x506 2

İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına dair zəmanət tələb edir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə adı açıqlanmayan diplomat CNN-ə məlumat verib.

    Onun sözlərinə görə, hazırda vasitəçilər bu problemi həll etməyə çalışır.

    Mənbə bildirib ki, İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən təxirə salınıb.

    ABŞ-İran dialoqunun növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

    Qeyd edək ki, danışıqlar bu gün İsveçrədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə keçirilməli idi.

    İsveçrə Xarici İşlər Nazirliyi görüşün ləğv edildiyini bəyan edib.

    Paylaş: