
İranın xarici işlər nazirinin müavini Abbas Araqçı ABŞ-la İslam Respublikasının nüvə proqramı ilə bağlı dördüncü dolayı danışıqlar raundunun 11 mayda Omanda keçiriləcəyini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.
“Omanlı dostlarımız bizdən bazar günü ilə bağlı soruşmuşdular və biz razılığımızı bildirdik”, – deyə Araqçı bildirib.
Onun sözlərinə görə, danışıqların dəqiq vaxtı və yeri qəbul edən ölkə tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, ABŞ və İran indiyədək Oman vasitəçiliyi ilə üç raund danışıq aparıb. Birinci görüş 12 aprel tarixində Məsqətdə, ikinci 19 aprel Romada, üçüncü isə 26 aprel yenidən Məsqətda baş tutub.
İran nümayəndə heyətinə Abbas Araqçı, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
Qeyd edək ki, 1 may tarixində Oman xarici işlər naziri Bədr əl-Busəidi ABŞ-İran danışıqlarının 3 mayda keçirilməsinin logistik səbəblərdən təxirə salındığını bildirmişdi.
*** 19:10
İran bazar günü öz nüvə proqramı ilə bağlı ABŞ-la dördüncü danışıqların keçirilməsinə razılaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehran növbəti danışıqların Omanda keçirilməsinə razılıq verib.
Aysel Əliyeva
Globalinfo.az