“ABŞ-ın Hörmüz boğazındakı vəziyyətə hər hansı müdaxiləsi olsa, İran sürətli və qəti cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin ali əməliyyat qurumu olan “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı bəyanat yayıb.
Açıqlamada strateji əhəmiyyət daşıyan Hörmüz boğazının amerikalı təcavüzkarlar üçün oyun meydançası olmadığı vurğulanıb.
Qeyd olunub ki, ABŞ-ın istənilən müdaxiləsi İran Silahlı Qüvvələri tərəfindən qəti və ani cavabla qarşılanacaq.
Əliyar Xəlil