
İranda MOSSAD-la əlaqəli olduğu iddia edilən daha bir nəfər edam olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası bildirib
Edam edilən şəxs MOSSAD üçün əməliyyatlar həyata keçirməkdə ittiham edilib.
“2023-cü il yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin obyektində partlayış əməliyyatı təşkil etməkdə təqsirləndirilən MOSSAD kəşfiyyatçısı edam edilib”, – məlumatda qeyd edilib.