İranın ərəb ölkələrində nüfuzu zəifləyib və Tehranın dörd ərəb paytaxtına nəzarət etdiyi dövr artıq geridə qalıb.
Globalinfo.az xəbər verir ki, bu sözləri Livanın Baş naziri Navaf Salam deyib. Onun sözlərinə görə, Livanın siyasi qərarları yalnız Beyrutda Nazirlər Kabinetində qəbul olunur və nə Tehran, nə də Vaşinqton ölkənin daxili siyasətinə müdaxilə edə bilməz.
Salam həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Livana səfəri zamanı Hizbullahın tərksilahı ilə bağlı səsləndirilən tənqidlərə sərt reaksiya verib.
Baş nazirin açıqlaması Tehranla Beyrut arasında Hizbullahın silahsızlaşdırılması məsələsi üzərində yaranan gərginlik fonunda səslənib. Xatırladaq ki, Livanın Xarici İşlər Nazirliyi avqustun 9-da İran rəsmilərinin bu mövzuya müdaxiləsini qınayaraq İslam Respublikasını öz daxili problemlərini həll etməyə çağırmışdı.
Tahir Turan
Globalinfo.az