İrakli Kobaxidze COP29-da iştirak edəcək

kobaxidze irakli

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət Administrasiyasından bildirilib.

Sammitdə iştirak üçün Bakıya səfər çərçivəsində İrakli Kobaxidzenin Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Azərbaycana səfərdə İrakli Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Hökumət Administrasiyanın rəhbəri Livan Jorjoliani müşayiət edəcəklər.