62

Bakıda keçiriləcək MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizə işgüzar səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Azərbaycan Respublikasının Baş prokuroru ilə Rusiyalı həmkarı arasında baş tutan ikitərəfli görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndiyi, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd edilib.

Azərbaycan və Rusiya prokurorluqları arasında işgüzar əlaqələrin genişləndirildiyini vurğulayan Kamran Əliyev yeni əməkdaşlıq imkanlarının araşdırılmalı olduğunu, mövcud əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyi və perspektivlərindən danışıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri İqor Krasnov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edərək, qanunun aliliyi və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası, korrupsiyaya qarşı mübarizə, ekoloji hüquqpozmalar, elm-tədris və təcrübə mübadiləsi və sair məsələlər ətrafında müzakirələr aparılıb.

84c1788c 954f 4756 9d2b 126a3bf5a5a0 15668488 bba9 4498 b3b2 924535aaeccb bc22e09d a13c 4647 9d55 8db647eeef5d fae63514 e836 4fa3 b68c ab8bb509eafc 2bd8273c 36de 44ee 8846 c82d9718156f ef1f3aab 7da4 4f2d 8683 2e5cb5e21098 65033450cf01a65033450cf01b169470881665033450cf01865033450cf019 eb4d6f51 562b 4680 bdcc 0384d02424f8

***20:42

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda rəsmi səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o, Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə işgüzar səfərə gəlib.

Paylaş: