İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu ziyan 2049-cu ilə qədər ildə 38 trilyon dollara çata bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Potsdam İqlim Təsirinin Tədqiqatı İnstitutunun alimləri məlumat yayıb.
“Qlobal iqtisadiyyat 19 faiz kiçilmə riski altındadır.
İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin – meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir”, – deyə qeyd edilib.
Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.