İordaniyada təyyarə qəzası: ölənlər var

İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

İordaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarələrindən birinin Mafraq bölgəsindəki təlim turu zamanı qəzaya uğradığını bildirilib. 

Qəza nəticəsində pilotlar mayor Ömər Ətta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olublar.