53e4ee37 46d6 4255 80e3 229ce6f0b751

Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan tutduğu vəzifədən azad olunub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzayıb.

Onun vəzifəni öz ərizəsi əsasında tərk etdiyi bildirilib. Onun bu qərarı teatrın gənc əməkdaşlarından biri ilə aralarında yaranmış mübahisə və bu məsələ ilə bağlı məhkəmə instansiyalarının qərarlarına etiraz məqsədi daşıyır.

Hazırda Mingəçevir Dövlət Dram Teatrının direktor postuna yeni təyinat hələlik rəsmi şəkildə açıqlanmayıb.

Paylaş: