Rusiya “Avroviziya”ya alternativ yaradır – Belə adlanacaq

“Rusiya 2024-cü ildə MDB məkanında ilk “Avroviziya” formatında olan “İnterviziya” mahnı müsabiqəsini keçirməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclasında açıqlayıb.

O, ilk “İnterviziya” müsabiqəsinə Rusiyanın ev sahibliyi edəcəyini bildirib:

“Müsabiqənin qaydaları tərəfdaş ölkələrlə birlikdə müəyyənləşdiriləcək. Biz daimi təşkilati komanda yaradacağıq, həmçinin milli münsiflər heyəti üçün nümayəndələr seçəcəyik”.

Qeyd edək ki, yanvarın 1-dən MDB-yə Rusiya rəhbərlik edəcək.

Əliyar Xəlil
Globalinfo.az