İnterpolun axtardığı Qazaxıstan vətəndaşı Türkiyədə saxlanıldı

Türkiyə hakimiyyəti İnterpol xətti ilə axtarışda olan Qazaxıstan vətəndaşını saxlayıb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin hüquq mühafizə orqanlarının əməkdaşları İzmir şəhərində bir sıra ağır cinayətlərə görə İnterpol tərəfindən axtarışda olan Qazaxıstan vətəndaşını həbs ediblər.

Şübhəli şəxsin beynəlxalq mütəşəkkil cinayətkarlıq sindikatına mənsub olmaq, qumar oyunlarını təbliğ etmək və korrupsiyaya bulaşmaq ittihamları ilə axtarışa verildiyi bildirilir.

Müxtəlif cinayətlərə görə axtarışda olan şəxsin Qazaxıstana deportasiya edilməsi istiqamətində iş aparılır.

Əliyar Xəlil,

Globalinfo.az