“İnter” darmadağınla qalib gəldi

“İnter” İtaliya A Seriyasının III turunu darmadağınla başa vurub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, “nerazzuri” öz meydanında “Fiorentina”ya qalib gəlib – 4:0.

Markus Türamın hesabı açdığı qarşılaşmada Lautaro Martines dubl edib. Daha bir qolu penaltidən Hakan Çalhanoğlu vurub.

Üç oyunda maksimum nəticə göstərən “İnter” doqquz xalla “Milan”la birgə zirvəyə şərikdir. “Fiorentina” dörd xalla səkkizinci pillədə qərarlaşıb.