İnsanlara atəş açdı, sonra intihar etdi – Yoxsulların məhəlləsində müəmmalı olay

Portuqaliyanın paytaxtından təxminən 45 kilometr cənubda yerləşən Setubal şəhərində silahlı şəxs insanlara atəş açıb.

Globalinfo.az Modern.az-a istinadən “CNN Portugal”a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub. Cinayəti törədən şəxs intihar edib.

Hadisənin səbəbləri və təfərrüatı hələlik məlum deyil.

Cinayətin yoxsul insanların yaşadığı məhəllədə baş verdiyi və polis əməkdaşlarının hadisə yerinə gələndə silahlı şəxsin intihar etdiyi bildirilib.