owl detail 620 d8a1c9803f040dc3ea40a728ed85f304

Britaniya hakimiyyəti Ukraynanın müdafiəsini gücləndirmək üçün havadan və dənizdən dəstək məqsədilə “istəklilər koalisiyası” çərçivəsində qoşun yeritməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Qeyd olunur ki, bu qüvvələr döyüş təmas xəttinə deyil, arxa cəbhədə yerləşdiriləcək.

Nəşr yazır ki, Britaniya Silahlı Qüvvələrinin rəhbəri Toni Radakin digər koalisiya ölkələrinin hərbi rəhbərləri ilə birlikdə Vaşinqtona səfər edəcək. Səfər avqustun 20-də planlaşdırılır.

Mənbələrin bildirdiyinə görə, Radak Pentaqonda keçiriləcək görüşdə Londondan gələcək hərbi kontingentin əsas məqsədi açıqlanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: