65fb0ab2ae7b765fb0ab2ae7b8171095109065fb0ab2ae7b565fb0ab2ae7b6

İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Qeyd olunur ki, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib.

Onun andiçmə mərasimi oktyabrın 20-də baş tutacaq.

Subiantonun rəqibləri Ganjar Pranovo və Anis Basvedan nəticələrlə razılaşmayıblar və İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə etiraz etməyi planlaşdırırlar.

Paylaş: